İŞİD-dən xilas edilən uşaqlar Azərbaycana gətiriləcək 

Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Bunu açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
 
R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: "Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək".
 
Qeyd edək ki, sığınacağa gətirilən iki yaşlı Xədicə və 3 yaşlı Abdullanın valideynləri onları "İŞİD"in nəzarətində olan ərazilərə aparıblar. Valideynlərin öldüyü deyilir.

Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR