Avropa İttifaqının 30 diplomatı Bakıya gələcək

Avropa İttifaqının (Aİ) siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək.Bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskas deyib. 30 nəfərdən ibarət olan, o cümlədən 28 ölkənin səfirinin daxil olduğu nümayəndə heyətinin Bakıya oktyabrın 3-də gələcəyi gözlənilir. K.Yankauskasın sözlərinə görə, səfər zamanı əsas diqqət Aİ ilə Azərbaycan arasında siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığa yönələcək. O qeyd edib ki, hazırda səfərin proqramı ilə bağlı hazırlıqlar aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR