Azərbaycanın turizm imkanları Pakistan mətbuatında

Pakistanın "The Destination" qəzetində "Azərbaycan - turizm məkanı" sərlövhəli məqalə dərc olunub. Məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır.
Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib. Məqalədə, həmçinin dövlət tərəfindən görülən tədbirlər nəticəsində ölkədə müasir mehmanxanaların, xidmət infrastrukturunun yaradıldığı, turizm sənayesi üçün kadrların hazırlandığı, çoxşaxəli turizm agentləri şəbəkəsinin formalaşdığı diqqətə çatdırılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR