Patrik Sensburq: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmal

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından  olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib. Avropa azərbaycan Cəmiyyəti bəyanatı "Olaylar" - a təqdim edir. Bəyanatda deyilir:

"Füzuli rayonunun dinc sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir çox dinc sakinin ağır xəsarət alması da danılmazdır.

Mən tərəfləri bu münaqişəni tezliklə həll etmək üçün sülh danışıqlarına qayıtmağa çağırıram. Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır. Münaqişəni həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul etmişdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR