Marko Vandervitz : "Dinc əhalinin atəşə tutulması dayandırılmalıdır"

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonun Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Marko Vandervitz bəyanatla çıxış edib. Avropa Azərbaycan Cəmiyyəti "Olaylar" - a bəyanatı təqdim edir:

"Bu həftə günahsız dinc sakinlər Dağlıq Qarabağ münaqişəsinin qurbanı olublar. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan açdıqları atəş nəticəsində bir qadın və onun iki yaşlı nəvəsi qətlə yetirilmişdir. Bu atəş nəticəsində ağır yaralanan digər dinc sakinlər tibb müəssisələrində intensiv müalicə olunurlar. Biz münaqişənin daha da kəskinləşməsindən ehtiyat edirik.

Bu münaqişənin həlli yalnız sülh yolu ilə əldə oluna bilər. Buna nail olmaq üçün ilk növbədə dinc əhalinin atəşə tutulması dayandırılmalıdır. Torpaqların işğalı, eləcə də qaçqın və məcburi köçkünlərlə bağlı yaranmış vəziyyət artıq dözülməzdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası artıq bir neçə dəfə ərazidən erməni qoşunlarının çıxarılmasını tələb edib. Cənubi Qafqazda sülhün bərqərar olması və insan tələfatının qarşısının alınması məqsədilə bu qətnamələr yerinə yetiriməlidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR