Lionel Zetter “The Times”, “The Guardian”, “The Economist” və “New York Times" müraciət etdi

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə xəbərlərə dünya mediasında geniş yer ayrılıb. Beynəlxalq medianı məlumatlandırmaq məqsədi ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter "The Times", "The Guardian", "The Economist" və "New York Times" kimi milyonlarla oxucu auditoriyası olan nüfuzlu qəzet və dərgilərə məktubla müraciət edib. Avropa Azərbaycan Cəmiyyəti məktubu "Olaylar" - a təqdim edir. Məktubda deyilir:

"Dünyada o qədər münaqişə var ki, Dağlıq Qarabağ münaqişəsi yaddan çıxmışdır. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutmuşlar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişlər. Bu fakt dinc əhalinin təhlükəsizliyi təmin etmək məqsədilə qəbul olunmuş 12 Avqust 1949-cu il tarixli "Cenevrə Konvensiyası" və digər beynəlxalq sazişlərin tələblərinə ziddir.

Bu vəhşiliyi törədənlər həm Ermənistan hakimiyyəti, həm də Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Artıq 29 ildir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal altında saxlayırlar. Birləşmiş Millətlər Təşkilatının erməni silahlı qüvvələrinin münaqişə ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsinə əməl olunmasının vaxtı yetişmişdir.

"The Economist" jurnalına ünvanlanan məktubda isə vurğulanır ki, Cənubi Qafqaz və Xəzər hövzəsi regionları çox böyük iqtisadi potensiala malikdirlər. Bu potensial Azərbaycan və Ermənistan arasında sülh olmayanadək tam reallaşa bilməz. Son hadisə bunu bir daha təsdiq etdi. Təmas xəttində qanunsuz yerləşən erməni silahlı qüvvələri Azərbaycan kəndlərində yaşayan dinc sakinləri mütəmadi olaraq atəşə tuturlar. 2017-ci il iyulun 4-ü axşam saatlarında Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələri Füzuli

rayonun Alxanlı kəndini iri çaplı silahlardan atəşə tutmuşlar. Bu vəhşilik nəticəsində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişlər.

Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi bu ölkənin iqtisadiyyatını çökdürmüşdür. Heç bir təbii sərvətə malik olmayan bu ölkə BP-nin rəhbərliyi ilə Azərbaycanda gedən neft məhsulları bumundan faydalana bilərdi. Azərbaycanla münaqişədə olduğu üçün bütün neft kəmərləri Ermənistan ərazisindən yan keçirlər. Ermənistan iqtisadiyyatı bütövlüklə Metsamor Atom Elektrik stansiyasından asılıdır. Bu Sovet dönəmindən qalma AES Çernobıl AES-i kimi bir çox çatışmazlığa malikdir. Ermənistanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə sərhədləri bağlıdır. Ermənistan ərazisində Rusiyanın hərbi bazaları yerləşir.

Beynəlxalq qurumlar münaqişənin sülh yolu ilə həllini tələb etməlidirlər. Onlar erməni silahlılarının dinc Azərbaycan əhalisini öldürdüyünü unutmamalı və qanunsuz işğalın dayandırılması üçün Ermənistana təzyiq göstərməlidirlər".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR