"Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır"

"Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar".

Bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Seyid İmran Əli erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin həlak olmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var - münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır:

"Pakistan bu prinsiplərə sadiqdir və Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini nümayiş etdirir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR