Türkiyə XİN: Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşü keçiriləcək

"Yaxın aylarda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsi planlaşdırılır".

APA-nın məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə müsahibəsində deyib. O bildirib ki, Qafqazda yaradılmış üçlü mexanizmlər uğurlu şəkildə davam etdirilir. Türkiyəli nazirin sözlərinə görə, Türkiyə Azərbaycanla birlikdə Qazaxıstanla da üçlü mexanizm formalaşdırmağı düşünür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR