Fikrət Məmmədov Avropa Məhkəməsinin sədri ilə görüşüb


 

Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşü olub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan və Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ədliyyə naziri bu qurumun fəaliyyətinin təkmilləşdirilməsinə dair qəbul olunmuş bəyannamələrin ölkəmizdə implementasiyası üzrə görülən işlər, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə islahatları, o cümlədən hakimlərin müstəqilliyinin gücləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib. Həmçinin, Avropa Məhkəməsinin qərarlarının icrasına və presedentlərinin tətbiqinə böyük önəm verilərək onların, habelə müvafiq metodiki vəsaitlərin Azərbaycan dilinə tərcümə olunaraq yayılması, hakimlərin tədrisində Məhkəmənin 20-dək hakiminin iştirakı, eləcə də Ədliyyə Akademiyası tərəfindən Avropa Şurası ilə birgə həyata keçirilən layihə çərçivəsində hüquqşünasların təliminin və Avropa Məhkəməsinə tədris səfərlərinin səmərəsi qeyd olunub, artıq distant treninq formaları tətbiq olunmaqla video-konfrans vasitəsilə təlimlərin təşkilinə keçildiyi bildirilib. G.Raymondi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşılayaraq təqdir edib, bu tədbirlərin Avropada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirən ölkəmizin bu sahədə problemli dövlətlər sırasında olmadığını qeyd edib, Avropa Məhkəməsinin islahatından və iş yükünün ötən illərə nisbətən azalmasından danışıb. Həmçinin, Strasburq Məhkəməsinə Azərbaycan Hökuməti tərəfindən hakimin ezam olunması yüksək qiymətləndirilib və bu təcrübənin davam etdirilməsinin vacibliyi qeyd olunaraq bu barədə razılığa gəlinib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR