Qırğızıstanın parlamentinin sədri Bakıya gələcək

Qırğızıstanın Joqorku Keneşinin (parlament) sədri Çınıbay Tursunbekov gələn həftə Azərbaycana səfər edəcək. "Olaylar" xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Ç.Tursunbekovun Bakıya 21-22 dekabrda səfər edəcəyi gözlənilir. O, Bakıda TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimində iştirak edəcək. Bundan əvvəl, dekabrın 17-də Bişkekdən Bakıya nümayəndə heyəti də gələcək. Səfərin məqsədi gündəlikdə duran məsələləri, eləcə Qırğızıstan parlamentinin sədrinin səfərini müzakirə etməkdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR