Valeh Ələsgərov: “GUAM-ın nüfuzu ildən-ilə artır”

"GUAM-ın nüfuzu ildən-ilə artır, daha çox ölkə və beynəlxalq təşkilat bu qurumla əməkdaşlığa maraq göstərir". "Olaylar" xəbər verir ki, bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın Parlament Assambleyasının doqquzuncu sessiyasının açılışında Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. GUAM-ın regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını qeyd edən V.Ələsgərov GUAM PA-nın üzv ölkələr arasında əməkdaşlıq üçün mühüm istiqamət ola biləcəyini bildirib. Vitse-spiker əlavə edib ki, təşkilat, həmçinin region ölkələri arasında dialoqun inkişaf etdirilməsi və məhkəmləndirilməsinə böyük tohfə verir: "GUAM ölkələrinin həyata keçirdiyi transmilli layihələr Avropanın enerji təhlükəsizliyini təmin edir".V.Ələsgərov GUAM məkanındakı mövcud münaqişələrə də toxunub: "Üzv ölkələr bu məsələdə də vahiq mövqedən çıxış edirlər və münaqişələrin əleyhinədir. Ümidvaram ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr beynəlxalq norma və prinsiplərə uyğun nizamlanacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR