Çavuşoğlu: Ermənistan dərhal bunu etməlidir

"Azərbaycana son səfərimdən sonra Türkiyədə hərbi çevriliş cəhdi oldu".

Bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu çətin vaxtında Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, Prezident İlham Əliyevə təşəkkür edib: "Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".

Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq. TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".

M.Çavuşoğlu deyib ki, üçlü formatda keçiriləcək görüşlərlə bağlı da nazir E. Məmmədyarovla müzakirələr aparıb.

Çavuşoğlu deyib ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır.

M.Çavuşoğlu qeyd edib ki, bu gün keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması geniş müzakirə olunub, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələr də diqqət mərkəzində olub: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu da səylərini gücləndirməlidir". (Apa)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR