LG elastik OLED-displey istehsal edib
22 May 2013 17:03 DünyaVankuverdə (Kanada) nəhəng displey istehsalçılarının ekranlar bazarında ən son nailiyyətlərinin nümayiş etdirildiyi Society for Information Display's (SID) 2013 sərgisi keçirilir. "Olaylar" Mincom.gov.az saytına istinadən xəbər verir ki, Cənubi Koreyanın LG şirkəti sərgidə müxtəlif tərəflərə əyilə bilən yeni 5 düymlü OLED-displey nümayiş etdirib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni ekran ilk növbədə mobil qurğular üçün nəzərdə tutulub və düşmə, əyilmə, zərbə və digər təsadüflərə qarşı dözümlüdür. Xatırladaq ki, bir müddət əvvəl LG bildirmişdi ki, ilin sonunadək elastik ekranlı smartfon buraxmağı planlaşdırır. Oxşar bəyanatlarla Motorola Mobile və Samsung Electronics şirkətləri də çıxış etmişdilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31