Bakıdan Şarm əl Şeyxə birbaşa reys

Bakı - Şarm əl Şeyx birbaşa reysi Sunday Airlines brendi adı ilə Scat aviaşirkətinin rahat və komfortlu Boeing 757 - 200 avialayneri ilə həyata keçirilir.

Olaylar.az bildirir ki, ilk uçuş artıq 18 iyulda baş tutacaq və hər həftənin cümə axşamları həyata keçiriləcək. Turların müddəti - 7 gecədən 14 gecəyə qədər davam edir. Cəmi üç saat davam edən uçuş zamanı şirkət sizə soyuq qəlyanaltılar və alkoqolsuz içkilər təklif edir. Misirdə turistləri qonaqpərvər "Selfie Travel Egypt" şirkəti qarşılayır.

Misir səyahət və istirahət üçün il boyu əlverişlidir. Şarm əl Şeyxə məxsus yüngül dəniz küləyi və az rütubətli hava şəraiti yayın çox yüngül keçməsinə kömək edir. Açılan yeni marşurutda turistləri günəş və çimərlik istirahəti ilə yanaşı, cəlbeici qiymətlər də maraqlandıracaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR