Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib

Azərbaycan Turizm Assosiasyasının yeni komitəsı təsis edilib. Bu barədə məlumatı "OLAYLAR"-a  Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib. O bildirib ki, AZTA -nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə 
komitə yaradılıb: "Yeni komitənin artıq ilk iclası keçilib. İclasda  əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş 
üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib".

Qeyd edək ki, Samirə Quliyeva Guide Services şirkətinin rəhbəridir.
Beləliklə, Azərbaycan Turizm Assosiasyasının artıq 5 komitəsi fəaliyyət  göstərir - gəlmə turizm üzrə, getmə turizm üzrə, nəqliyyat məsələli  üzrə, otellərlə iş üzrə və bələdçilərlə iş üzrə.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR