Macarıstanla turizm sahəsində əməkdaşlıq memorandumu imzalanacaq

Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları  Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar. "OLAYLAR" xəbər verir ki, bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən  Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş  çərçivəsində əldə olunub.
Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı  perspektivləri müzakirə olunub. Tərəflər həmçinin aprel ayında AZTA 
üzvləri üçün infoturun təşkil edilməsi barədə qərara gəldilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR