Turizm biznesi peşəkarları üçün ənənəvi illik tədbir keçiriləcək

Fevralın 15-də turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.

Bu il  ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya  çıxış edir. Vorkşopun açılışında bu ölkənin Turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cahətləri haqda söhbət açacaqlar, habelə Turkish Airlines hava yolları şirkətindən olan onların həmkarları 2016-cı ildə Avropanın Yaşıl paytaxtı adını qazanan Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR