Turizm Şurasının sağlamlıq və ekoturizm üzrə işçi qrupları fəaliyyət göstərəcək

Azərbaycan Turizm Şurasının növbəti iclası keçirilib. "OLAYLAR" xəbər verir ki, iclasda sağlamlıq turizmi üzrə işçi qrupu yaradıldı, ekoturizm üzrə işçi qrupuna daxil ediləcək nümayəndələr haqqında müvafiq məlumatların 20 gün ərzində Turizm Şurasının sədrinə təqdim olunması qərara alındı.

Bildirilib ki, ölkə ərazisində Naftalan nefti, Duzdağ, Qalaatı və digər unikal sağlamlıq turizmi məkanlarının böyük potensialı var. Xüsusilə Naftalan nefti ilə müalicə sovet dövründə geniş yayılaraq böyük şöhrət qazanmışdı. Heç təsadüfi deyil ki, indi də Naftalan nefti vasitəsilə müalicəyə ən çox Rusiya, Qazaxıstan, Ukrayna və digər MDB ölkələrinin vətəndaşları xüsusi maraq göstərirlər.

Bu baxımdan ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi məqsədilə bu sahə üzrə işçi qrupunun yaradılması və Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində fəaliyyətin həyata keçirilməsi xüsusi önəm kəsb edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR