Pakistanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Mohmand arasında görüş keçirilib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı Azərbaycan ilə Pakistan arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət, turizm və digər sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.

Pakistandan Azərbaycana gələn turistlərin sayının 2016-cı ilə (təqribən 4000 nəfər) nəzərən 2017-ci ildə 4 dəfə atması (16000 nəfərədək) təqdirəlayiq hal kimi qiymətləndirilib, turizm sektorunda qarşılıqlı dəstək, viza rejiminin sadələşdirilməsi və elektron vizanın tətbiqi turist axınının genişləndirilməsini stimullaşdıran amillər kimi nəzərdən keçirildi. Bu baxımdan, yaxın gələcəkdə iki ölkə arasında birbaşa aviareyslərin açılmasının və məsələ ilə əlaqədar danışıqların aparılmasının zəruriliyi qeyd olunub.

Nazim Səmədov Pakistan tərəfinə Azərbaycanın turizm imkanları, o cümlədən Xızı-Xaçmaz, Quba, Qusar turizm və rekreasiya zonalarının yaradılması istiqamətində aparılan işlər barədə məlumat verib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR