“Turizm həftəsi” davam edir

Sentyabrın 27 - də Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm günü ilə əlaqədar "Turizm həftəsi" elan edib. "Olaylar" bildirir ki, "Turizm həftəsi" çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə "Ümid Yeri" uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub. "Turizm həftəsi"nin ilk günləri uşaq sığınacağının sakinləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ekskursiyada olublar. Uşaqlara bələdçi tərəfəindən qoruğlar haqqında ətraflı məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılıb. Onlar qoruğda olan bütün eksponat və tarixi-memarlıq abidələri ilə yaxından tanış olublar.
Qeyd edək ki, "Turizm həftəsi" çərçivəsində ekskursiyalar 27 sentyabr, saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyinə, 28 sentyabr saat, 15:00-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə, 29 sentyabr, saat 15:00-da Heydər Əliyev Mərkəzinə təşkil ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR