Miqrasiya Xidməti turizm obyektlərinin əməkdaşları üçün seminar keçirib 

Turizm mövsümünün başlanması ilə əlaqədar olaraq Lənkəran regional miqrasiya idarəsi mehmanxana nümayəndələri üçün rayonun Mədəniyyət Mərkəzində miqrasiya qanunvericiliyinə həsr edilmiş seminar keçirib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, seminarda diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs ölkədə 10 gündən artıq qalmaq istədiyi halda 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi, bir sözlə qəbul edən tərəf əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata alınması haqqında Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Sonra iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR