Gürcüstanla mədəniyyət və turizm əlaqələri müzakirə olunub

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, nazir iki ölkə arasında mədəniyyət və turizm əlaqələrinin yüksək səviyyədə olduğunu deyib, son illərdə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və müştərək layihələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Turizmin Gürcüstan və Azərbaycan üçün prioritet sahə olduğunu diqqətə çatdıran Əbülfəs Qarayev ölkəmizin mədəniyyət və turizm sahələri üzrə Avropa İttifaqı ilə səmərəli əməkdaşlığından söz açıb. Görüşdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, mədəniyyətin inkişafı, turizm imkanlarının artırılması istiqamətində həyata keçirilən layihələr barədə səfirə məlumat verilib. Turizmin nəinki mədəniyyətin, eləcə də iqtisadiyyatın və digər sahələrin inkişafında rolu vurğulanıb. Əbülfəs Qarayev həmçinin 2017-ci ilin may ayında Bakıda keçiriləcək 4-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədlərindən danışıb və Gürcüstanın bu mötəbər tədbirdə yüksək səviyyədə təmsil olunacağına əminliyini bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR