Ağcabədidə 4 yaşayış məskəninin gediş-gəlişini asanlaşdıracaq yol yenidən qurulur

Ağcabədi rayonunda Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 18 km olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolu respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi avtomobil yolundan ayrılır. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası yol boyu 4 yaşayış məntəqəsində yaşayan əhalinin sevincinə səbəb olub.

Görülən işlər çərçivəsində yararsız qara örtüyün mexanizmlə sökülüb, yolun deformasiyaya uğramış hissələrinin ekskovatorla qazılıb çıxarılıb, yolun dərədən keçən hissəsinin və torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmiri aparılıb, daha sonra karxana çınqılı ilə qazılmış və yuyulmuş hissələr doldurulub, torpaq yatağının bərpası işləri görülüb. Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğundan yenidən təmir olunmasına, həmçinin əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac olduğu üçün 416 paqon-metr uzunluğunda `müxtəlif diametrlərə malik dəmir-beton boruların quraşdırılması işləri aparılıb.

"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yol geyiminin inşası üçün layihədə nəzərdə tutulmuş qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunmaqla yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Yenidən qurulan yol həmin ərazidə yaşayan vətəndaşlara respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi yoluna rahat çıxış əldə etməklə yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rayon mərkəzinə və qonşu rayonların bazarlarına tez və xarab olmadan daşımasına imkan yaradacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR