Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda yol yenidən qurulur

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 96-cı km-dən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.

Qax-İlisu marşrutu üzrə 35.5 km uzunluğunda olan avtomobil yolu 4 hissədən ibarətdir. Bura yolun uzunluğu 13.2 km olan Qorağan-Qax şəhəri hissəsi, ümumi uzunluğu 6.3 km olan Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7.9 km olan Qax şəhərinin mərkəzi hissəsi - Heydər Əliyev prospekti və 8.1 km olan Qax şəhəri-İlisu kənd hissəsi daxildir.

Ümumilikdə isə Qorağan-Qax-İlisu avtomobil yolu uzun illər istismar olunduğundan, yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarmalar və çökmələr əmələ gəlmişdir. Sadalanan problemlərin aradan qaldırılması üçün hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən III və IV texniki dərəcəyə uyğun təmir-tikinti işləri görülür.

Layihəyə uyğun olaraq yol geyiminin və torpaq yatağının yararsız hissələri sökülüb, yolun torpaq yatağının çiyinlər hesabına genişləndirilməsi işləri görülüb, sökülmüş və genişləndirilmiş hissələrdə yararlı karxana materialından əks-dolğu işləri aparılmaqla yeni yol yatağı inşa edilib. Bunun ardınca isə layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası inşa aparılır və yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. 

Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalmış, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmışdır. Suötürücü borular istismar üçün yararsız vəziyyətə düşmüşdüyündən yol boyu müxtəlif diametrlərə malik 1085 paqon-metr metal və dəmir-beton suötürücü borular quraşdırılıb, düzbucaqlı su keçidləri inşa edilib, həmçinin yol keçidlərində və kommunikasiya xətlərinin keçirilməsi üçün 1280 paqon-metr uzunluğunda azbest və dəmir-beton boruların qurtaşdırılması işləri də aparılıb.

Layihə çərçivəsində Ağçay üzərində 60 metr və Kürmük çayı üzərində 114 metr uzunluğa malik iki avtomobil körpüsü yerləşir. Körpülərdə təkərqaytaran dəmir-beton bloklarda aşınmalar, sınmalar yaranıb, məhəccərlər yararsız vəziyyətə düşüb. Məhz bu problemləri aradan qaldırmaq üçün mövcud hər iki körpüdə əsaslı şəkildə təmir-bərpa işləri aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR