İmişlidə mühüm əhəmiyyətə malik yol yenidən qurulur

Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən uzunluğu respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması istiqamətində addımlar atılır. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, avtomobil yolunda təmir-tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Belə ki, İmişli rayonu Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu sözügedən yolun uzunluğu 14.3 km olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin uzunluğu 21.7 km olan IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 m, çiyinlərin eni 2-2.5 m olmaqla yolun ümumi eni 12-10 m təşkil edəcək. Layihə çərçivəsində yollar yararsız və deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək yayılıb və  kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub.

Tikinti işlərini sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 190 yol nişanı, km göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq,  üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR