Masallıda 38 min əhalinin istifadə etdiyi yol yenidən qurulur

Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamına əsasən, Masallı rayonunda 2 istiqamət üzrə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bunun ardənca lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri də aparılıb. Hazırda isə avtomobil yolu asfaltlanır. Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kv.m sahəsini əhatə edir.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik 11 ədəd suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı km-də yerləşən 46 paqon-metr uzunlyğunda olan avtomobil körpüsü təmir edilib.

Tikinti layihəsinin sonuncu mərhələsində yol boyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırlması nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR