Rekord qıran “Çernobıl” mini-serialının uğur səbəbi

HBO-nun "Çernobıl" mini-serialı Çernobıl AES-də baş vermiş dəhşətli qəza ilə bağlı detallı şəkildə məlumat verir.  Qərbin böyük diqqətini qazanan serialda prototiplər real mühəndislər, yanğınsöndürənlər, sovet məmurları, əsgərlərin olduğu əsas qəhrəmanlara yönəlib.

Olaylar.az bildirir ki. "Çernobıl"  film və televiziya seriallarını qiymətləndirən IMDB siyahısında ilk sırada yer alıb.

Serial Ukraynaya turist qazandırıb. Beləki, serial yayımlandıqdan sonra bölgəni ziyarət edənlərin sayı ötən illərə nisbətən 40% artıb.

May ayında yayımlanmağa başlayan və 5 seriyadan ibarət olan ekran işinin reytinq rekordları qırmasına səbəb hadisələrin real olması, böyük komanda işi və xərclənən yüksək məbləğdir.

Ekran işinin rejissoru Johan Renc, ssenaristi və icraçı prodüseri Craig Mazindir. Çəkilişlər Ukraynada və Litvada qismən bağlanmış nüvə stansiyasında baş tutub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR