Pantomima Teatrı 25 yaşını qeyd edir - Təntənəli yubiley

Mayın 16-sı Azərbaycan Dövlət Pantomima Teatrının 25 yaşı tamam olur.

Olaylar.az xəbər verir ki, bu münasibətlə bu gün saat 19.00-da Gənc Tamaşaçılar Teatrında təntənəli yubiley mərasimi keçiriləcək.

Teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə yubuleydə "Sehirli xalat" adlı maraqlı tamaşanı qonaqlara təqdim edəcək.

Bu axşam təşkil ediləcək tamaşanı izləmək üçün tanınmış sənət adamları, aktyorlar, teatrın dostları Mimçilərin ətrafına toplaşacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR