“Yuğ” Teatrında yeni tamaşa

"Yuğ" Dövlət Teatrı mövsümə iyulun 15-də A.P.Çexovun əsəri əsasında hazırlanmış "Təklif" tamaşası ilə yekun vuracaq.

Rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

Tamaşada teatrın aktyorları Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək. Mövsümün son görüşündə həmçinin il ərzində teatrın yaradıcılıq həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması da nəzərdə tutulub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR