"Əsli və Kərəm" açıq havada nümayiş olundu

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi Şəkidə qastrol səfərində olub. Kollektiv "İpək yolu" IX Beynəlxalq musiqi festivalı çərçivəsində Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşası ilə çıxış edib. Olaylar.az bildirir ki, çox böyük uğurla keçən tamaşa Şəkidəki Yuxarı Karvansaray abidə kompleksində açıq havada baş tutub. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edib. Quruluşçu rejissor Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeyster Sevzixan Serderovdur. Tamaşada əsas rollarda Teatrın gənc solistləri - Əməkdar artist Elnur Zeynalov, televiziya muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı, Taleh Yahyayev, Nurlan Namazov, habelə Əməkdar artist İsmayıl Ələkbərov, solistlərdən Mütəllim Dəmirov, Nəzər Bəylərov çıxış etmişlər. Xanəndələri tarda Əməkdar artist Elxan Mansurov müşayiət etmişdir.

Tamaşada Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və icra hakimiyyəti aparatının məsul əməkdaşları, şəhərin idarə və təşkilat rəhbərləri, ziyalılar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, festivalın bədii rəhbəri Firəngiz Əlizadə, festivalda iştirak edən ölkələrdən - Almaniya, Böyük Britaniya, Macarıstan, Rusiya, Yaponiya. Türkiyə, Özbəkistan və Hindistandan olan musiqi mütəxəssisləri, qonaqlar və musiqiçilər, iştirak ediblər. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR