Musiqili Teatrda həftəsonu

Olaylar.az  bildirir ki, Musiqili Teatrda iyunun 21-də "Nuri- didə Ceyhun" (Ə.Əmirli), 23-də milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" (Ə.Səmədli), 24-də isə F.Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında "999-cu gecə" tamaşaları təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Anton Ferştand, Şövqi Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Nadir Xasıyev, Firuz Məmmədov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov, Şaban Cəfərov, Fərid Rzayev, Ruslan Mürsəlov, balaca aktyor Hüseyn Nağıyev və başqaları iştirak edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR