Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq. Olaylar.az bildirir ki, Musiqili Teatr iyunun 15-də "Molla Nəsrəddinin beş arvadı" (İ.Sadıqov, tərc. D.Mustafayev), 16-da "Hacı Qara" (M.F.Axundzadə), 17-də isə "Talelər qovuşanda" (R.Hacıyev, E.Ocaqov, F.Zöhrabov) əsərlərini təqdim edəcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Teatr kollektivi iyunun 14-də saat 10:30-da "Qoğalın sərgüzəştləri" (Rus xalq nağılı) tamaşası ilə rusdilli balaca teatrsevərlərin görüşünə gələcək.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar -əməkdar artistlər Novruz Əliyev, Nahidə Orucova, Boris Qrafkin, Əzizağa Əzizov, Anton Ferştand aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Şaban Cəfərov, Yuliya Heydərova, Nadejda Povelitsina, Gülnarə Əzizova, Pərviz Məmmədov, Məhərrəm Qurbanov, Nicat Əli, Emil Heydərov, Gültac Əlili, Hüseyn Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva, Əmrah Dadaşov, Ağaxan Şərifov, Güldanə Əzimova, Ruslan Mürsəlov, Eleanora Mehdiyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev və başqaları iştirak edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR