Dram Teatrında Sofa Bəsirzadə anıldı

Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Sofa Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb.

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal Sofa Bəsirzadə haqqında geniş çıxış edib, onunla bağlı xatirələrini bölüşüblər. Xalq artistləri Sofa Bəsirzadənin sənətkar kimi böyüklüyündən, insani keyfiyyətlərində danışıb, onun xatirəsinin sənətsevərlərin qəlbində əbədi yaşayacağını deyiblər.

Sofa Bəsirzadənin ailəsi adından çıxış edən Camal Vəzirov və İradə Vəzirova tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin kollektivinə təşəkkürünü bildirib.

Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan "Müfəttiş" tamaşası nümayiş olunub.

Qeyd edək ki, Sofa Bəsirzadə 1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. O, 4 yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR