Azyaşlı aktyorun uğuru

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi həsr olunmuş Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azerbaijan Golden Kids Awards-2018" layihəsinin qalibləri arasında Musiqili Teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə də var.

Olaylar.az bildirir ki, istedadı ilə hər zaman həmyaşlarından fərqlənməyi bacaran bu xarizmatik oğlan teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə bu layihədə "Ən yaxşı teatr və kino aktyoru" nominasiyasının qalibi olub və "Diplom"la təltif edilib.

Rahib Məmmədzadə 2 yaşından Musiqili Teatrın səhnəsinə can atıb və hələ körpə ikən Ü.Hacibəylinin "O olmasın, bu olsun" tamaşasında kütləvi səhnələrdə iştirak edib. Daha sonra 9 yaşında olarkən "Yatmış gözəl və cırtdanlar (Ş.Pero, səhnələşdirəni A.Sadıqov) tamaşasında Şahzadə Villi obrazında səhnəyə çıxıb. 10 yaşında ona ən böyük uğur gətirən E.Əfəndiyevin "Baladadaşın toy hamamı" tamaşasında Baladadaşın balaca dostu Ağa Nəcəf rolunu ifa edib və bu roluna görə Rahib teatr rəhbərliyinin hər mövsümün sonunda təşkil etdiyi mükafatlandırma mərasimində "Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı" diplomu ilə təltif olunub.

Rahib bir çox beynəlxalq tədbirlərdə iştirak edib. Qardaş Türkiyədə keçirilən "23 Nissan çocuk festivalı"nın iştirakçısı olub. Rahib Space tv-də yayımlanan "3 bacı" serialında, Xəzər tv-də yayımlanan "Həyat Sən nə qəribəsən", "Bir ailəm var" və "Ailəcanlı" serialında ifa etdiyi rolları ilə tamaşaçıların sevgisini qazanıb.

Hal-hazırda Musiqili Teatrda Antuan de Sent-Ekzüperinin dünyaca məşhur əsəri əsasında hazırlanan "Balaca şahzadə" tamaşasında Balaca şahzadə obrazı üzərində çalışır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR