“Diriliş Ertoğrul”un aktyoru Bakıda

"Diriliş Ertoğrul" serialının Bahaduru Ərtoğrul Postoğlu həyat yoldaşı İlkay Özdin Postoğlu ilə birgə Bakıya gəlib.

Olaylar.az bildirir ki, cütlük Musiqili Teatrın qonağı olub. Aktyor teatrla tanış olduqdan sonra təəssüratlarını bölüşüb:

"Əslində, bu sənət ocağı haqqında, nümayiş olunan gözəl tamaşalarınız barəsində hələ Türkiyədə olarkən Teatrınızı ziyarət edən həmkarlarımın gözəl təəssüratlarını eşitmişdik. Amma bu gün öz gözlərimizlə şahid olmağımız bizə xüsusi zövq verdi.  Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrlarla müqayisə oluna biləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Ən önəmlisi isə odur ki, Azərbaycanda dövlət səviyyəsində teatra, incəsənətə qiymət verilir. 108 illik tarixi olan möhtəşəm Azərbaycan Dövlət Musiqili Teatrının binasında olmağımız bizə şərəf verdi".



Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR