Teatr növbəti Beynəlxalq Festivalda iştirak edəcək

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı teatr mövsümündə növbəti dəfə Beynəlxalq teatr festivalında iştirak etmək üçün səfərə hazırlaşır.

Olaylar.az bildririr ki, "Vidlunya" Beynəlxalq Monodram Festivalının təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, Əməkdar artist Şövqi Hüseynov iyun ayının 5-dən 16-dək Ukrayna Respublikasının Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək "Vidlunya" adlı XX Beynəlxalq Monodram teatr festivalında P.Züskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.

Qeyd edək ki, "Kontrabas" tamaşası bu günə kimi bir çox beynəlxalq teatr festivallarında yüksək dərəcəli diplomlara layiq görülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR