“Şirinlər” tamaşasının premyerası

İyun ayının 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci ilin repertuar planında təsdiq olunmuş P.Cullifordun "Şirinlər" pyesi əsasında eyniadlı yeni tamaşanın premyerası keçirildi.

Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadə, rəssamı Şahin Hüseynli, kostyum üzrə rəssamı Yekaterina Bıçkova, musiqi tərtibatı İradə Muradova, tamaşanın plastik həlli Ceyhun Dadaşov və rejissor assistenti Günay Qasımovadır.

Əsas rolları Əməkdar artistlər Rasim Cəfər, Şəfəq Əliyeva, aktyorlar Ədalət Əbdülsəməd, Rəşad Səfərov, Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Asya Atakişiyeva, Xəyalə Meydanova, Nuranə Hüseynova, Anar Seyfullayev və başqaları ifa edirlər.

Qeyd edək ki, "Şirinlər" Belçikalı rəssam Pierre Cullifordun hazırladığı cizgi romanıdır və onun əsnasında çəkilmiş animasiyadır. Bu cizgi romanını 1958-ci ildə tamamlamış və 1981-ci ildən isə animasiyalı film olaraq televiziya üzü görüb. Yayımlandığı andan etibarən böyük bir kütlənin marağına səbəb olan bu cizgi serialı dünyanın bir çox ölkələrində və bir çox dillərdə ekranlaşdırılmışdır. Uşaqlar sevimli cizgi film qəhrəmanlarını Azərbaycan teatr səhnəsində ilk dəfə Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində görmək imkanı qazandılar.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR