Həftəsonu Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının görüşünə hazırlaşır.

Olaylar.az bildirir ki, teatr iyun ayının 1-də P.Cullifordun "Şirinlər" pyesi əsasında hazırlanmış eyniadlı tamaşanı saat 12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş etdirəcək.

Axşam saat 1900 da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin "Ana" mənzum dramının premyerasını təqdim edəcəkdir.

İyun ayının 2-də saat 12 00 və 1400-da kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin "Tıq-Tıq xanım" tamaşasını, saat 1600 və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin "Hekayəti Xırs quldurbasan" tamaşalarını təqdim edəcəkdir.

Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar Artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.

Tamaşalara biletləri şəhərmizin mərkəzləşdirilmiş kassalarından və asan xidmət filliallarından əldə edə bilərsiniz.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR