Heydər Əliyev - mədəniyyətimizin hamisi

Gənc tamaşaçılar Teatrında  ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş "Heydər Əliyev mədəniyyətimizin hamisi" adlı tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə ümummilli liderin teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin mühüm sahələrindən olan teatrımızın inkişafı istiqamətində misilsiz xidmətlərindən və sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb.

Tədbirdə Əməkdar incəsənət xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Xalq artisti, rejissor Vaqif Əsədov, Xalq artisti Yasin Qarayev və teatrın aktyorları çıxış edərək Ulu Öndərin teatr və bu sahədə çalışan insanlar haqqındakı fikirlərini xatırladaraq bildirdilər ki, Heydər Əliyev teatrı hər zaman müqəddəs yer adlandırırdı. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyev daim respublikamızda mədəniyyət ocaqlarının açılış mərasimində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak etmiş və səhnə arxasında aktyorlarla görüşərək onların problemləri ilə maraqlanmışdır. Ümummilli liderin teatr ocaqlarına gəlişi, teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR