Musiqili Teatrda Elçinin 75 illiyi

13 may saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin 75 illik yubileyi ilə əlaqədar onun məşhur hekayələri əsasında hazırlanan "Baladadaşın toy hamamı" ikihissəli musiqili lirik komediyası nümayiş etdiriləcək.

Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist Telli Pənahqızı böyük dramaturqun yaradıcılıq yolu barədə çıxış edəcək.

Tamaşanın quruluşçu-rejissoru, Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən manhnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Elçin İmanov, Şaban Cəfərov, Ağaxan Şərifov, Telnaz Hüseynova, Nigar Qarayeva, Rahib Məmmədzadə və başqaları ifa edirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR