Vladiqafqaz səfərininin uğurları

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şimali Osetiyanın Vladiqafqaz şəhərinə qastrol səfərini uğurla yekunlaşdırıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov səfər təəssüratlarını Olaylar.az -a bölüşərək bildirib ki, kollektivimiz çox yüksək səviyyədə qarşılandı. "Səfərin ilk günündə Şimali Osetiya Respublikasının mədəniyyət naziri Ruslan Mildzuxov tamaşamızı izləməyə gəlmişdi və tamaşadan sonra kollektivlə görüşərək təəssüratlarını bölüşdü. Səfərin sonuncu günü, bağlanış mərasimində isə Şimali Osetiyanın mədəniyyət nazirinin müavini Çermen Dudayev kollektivimizə yüksək səhnə peşəkarlığı, xalqlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin qorunması naminə apardıqları yorulmaz fəalliyyətə görə nazirin "Təşəkkür məktubu"nu təqdim etdi. Bundan əlavə kollektivimiz yaradıcılıq əlaqələrinə verdiyi töhfələrə görə və teatrlar arasında əlaqələrin genişləndirilməsi istiqamətindəki fəaliyyyətinə görə Şimali Osetiyanın Dövlət Akademik Teatrının "Təşəkkür məktubu" və diplomu ilə təltif edildi. Şimali Osetiyada fəaliyyət göstərən "Azəri" Azərbaycan milli-mədəni təşkilatı, Axıska türklərinin "Vətən" Beynəlxalq Cəmiyyəti, Ümumrusiya özbəklər konqresi, "Poloniya" Polşa cəmiyyəti və "Pamir" tacik cəmiyyətləri tamaşalarımızda iştirak etdilər və teatrımızın kollektivi bu cəmiyyətlərin xüsusi minnətdarlıq diplomu ilə təltif edildi. Şimali Osetiyanın Milli məsələlər üzrə naziri Aslan Çuçiyev tamaşamızı izləməyə gəlmişdi və o, Azərbaycan və Osetiya arasındakı mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirərək ikitərəfli əlaqələrin inkişafında bundan sonra da səmərəli fəaliyyətdə kollektivimizə uğurlar arzuladı".

"ADGTT rəhbərliyi adından Şimali Osetiya-Alaniya Respublikası rəhbərliyinə, Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrının rəhbərliyinə səmimi qarşılanma və qastrol səfərinin yüksək səviyyədə təşkilinə, qarşılıqlı yaradıcılıq mübadiləsinə göstərdikləri diqqətə və yaradılan şəraitə görə minnətdarlığımı bildirərək Şimali Osetiyanın teatr rəhbərlərini Azərbaycanda keçiriləcək növbəti Beynəlxalq Teatr Konfransına dəvət etdim" -deyə ADGTT-nn direktoru Mübariz Həmidov söylədi.

Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı da Bakıya səfər edərək may ayının 12-19 tarixlərində Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr həm festivalın proqramında, həm də festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını ADGTT-nın səhnəsində nümayiş etdirəcək

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR