“Heydər Əliyev dərsi” -  Musiqili Teatrda

Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Heydər Əliyev dərsi" keçirilib.

Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. "Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Onun teatr və incəsənətimizə xüsusi diqqət və qayğısı danılmaz bir fakdır",- deyə Lalayev qeyd edib.

Sonra söz millət vəkili, xanım Jalə Əliyevaya verilib. J. Əliyeva ulu öndərin həyat və fəaliyyəti haqqında geniş söhbət açıb. "Dahi şəxsiyyət Heydər Əliyev xalqımız qarşısında misilsiz xidmətləri ilə bu gün də hər birimizin qəlbində yaşayır. Dahi rəhbərin vətənimizin suverenliyi, ölkəmizin düşdüyü bəlalardan xilas olunması, Azərbaycanın inkişafı naminə mübarizədə əvəzolunmaz xidmətləri onu hələ sağlığında xalqımızın ümummilli liderinə çevirib. 

Daha sonra Musiqili Teatrın aktyorları Respublikanın xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artist Əkbər Əlizadə, aktrisa Ülviyyə Əliyeva çıxış edərək Heydər Əliyev dühasının böyüklüyündən, onun mədəniyyət və incəsənət xadimlərinə qayğısından, onlara himayədarlıq etməsindən danışıblar.

Sonda aktyorlar bu gün də Heydər Əliyevin açdığı cığırla inamla gedən, onun yolunu ləyaqətlə davam etdirən ölkə prezideni, cənab İlham Əliyevə incəsənət xadimlərinə göstərdiyi böyük diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR