Tanınmış kino aktyorunun xatirəsi anılacaq

Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçiriləcək.

Olaylar.az bildirir ki,  Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun yaradıcılığı haqqında fotosərgi nümayiş etdiriləcək, sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq.

1957-1959-cu illərdə "Kölgələr sürünür", "Bir məhəllədən iki nəfər", "Onun böyük ürəyi" və "Onu bağışlamaq olarmı?" filmlərində epizodik rollarda çəkilən sənətkar sonrakı illərdə "Telefonçu qız", "Əmək və qızılgül", "Romeo mənim qonşumdur", "Böyük dayaq", "Möcüzələr adası", "Sehirli xalat", "Ulduz", "Dağlarda döyüş", "Uşaqlığın son gecəsi", "Yenilməz batalyon", "İstintaq davam edir" və digər bədii filmlərində müxtəlif rollar ifa edib. "Ulduz" musiqili kinokomediyasında onun yaratdığı kolxoz sədri Qədir surəti aktyorun ən yaxşı rollarından biridir. O, "Axırıncı aşırım", "Bizim Cəbiş müəllim", "Babək", "O qızı tapın", "Dərviş Parisi partladır", "Özgə ömür", "Firəngiz", xarici ölkə studiyalarının istehsal etdiyi "Əlibaba və qırx quldur", "Odlu yollarla", "Şerəli və Aybərçin" və "Abdulla" bədii filmlərində də rol alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR