"OL" filmi ətrafında QALMAQAL

Kinorejissor Namiq Ağayev "Ol" adlı yeni filmi yaxın günlərdə tamaşaçılara təqdim olunub. Olaylar.az bildirir ki, yaradıcı heyətlə Cinema Plus şirkəti arasında qalmaqal yaşanılıb. Bu haqda ötən gün filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev sosial şəbəkə hesabından məlumat verib:

"25 Aprel Genclik Mall da CinemaPlus şirkətinin təşkilatçılığı ilə  "OL" filminin premyerasi zamanı film nasaz səkildə nümayiş etdirilib. Filmin yaradıcı heyəti bu şəkildə premyeranı qəbul etməmiş və dəfələrlə filmin yenidən sağlam şəkildə nümayişini CinemaPlus - dan xahiş, sonra isə tələb etmisdir. Buna baxmayaraq,  CinemaPlus şirkətindən cavab gəlməmişdir. "OL" filminin yaradici heyəti bu hadisəyə mənəviyyatsız və laqeyd münasibətinə görə CinemaPlusu şiddətlə qınayır! İndi isə tələbimizi ictimai şəkildə bəyan edirik!!!

Qeyd edək ki, "Ol" filmi  "RUN film" və "Turan film"in birgə istehsalıdır. Filmin ssenari müəllifləri Namiq Ağayev və Fikrət Məmmədov, quruluşçu rəssamı İrandan dəvət olunmuş Rza Fəllahiandır. Ekran əsərində Namiq Ağayev, Fikrət Məmmədov, Vüsalə Ağayeva və türk aktyoru Tuncər Salman rol alıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR