Gənc Tamaşaçılar Teatrında Milli Teatr Günü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 145 illiyi münasibətilə tədbir keçirilib.Olaylar.az bildirir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan Milli Teatrının 145 və Gənc Tamaşaçılar Teatrının 90 illik tarixini əks etdirən vodeoçarxa baxıblar.

Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan teatrı keşməkeşli yol keçərək zamanın mühakiməsindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur. Milli Teatr günü münasibətilə silsilə tədbirlərin keçirildiyini söyləyən M. Həmidov ölkəmizdə sənət adamlarına, teatr xadimlərinə göstərilən diqqət və qayğıdan söz açıb. 

Direktor teatrın bir qrup əməkdaşına sənət ocağının 90 illiyi münasibətilə "Teatr sahəsindəki xidmətlərə görə" diplom və pul mükafatlarını təqdim edib.

Sonra uzun illər teatrda çalışan, Xalq artistləri Ağaxan Salmanlı, Tarıyel Qasımov, Yasin Qarayev, Cənnət Səlimova, Vaqif Əsədov çıxış edərək əlamətdar gün münasibətilə bütün teatrsevərləri təbrik edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR