Afaq Bəşirqızı xanımlara nə hədiyyə etdi?

Azərbaycan Dövlət Musiqili Teatrı 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirdiyi "Açıq qapı" günündə xanımlara hədiyyə olaraq görkəmli yazıçı-dramaturq Əli Səmədlinin "Toya bir gün qalmış" komediyasını təqdim edib.

Qurumun mətbuat xidmətindən Olaylar.az- a bildirilib ki, tamaşadakı baş rolu ilə sevimli gülüş ustası, xalq artisti, "Şöhrət ordenli" Afaq Bəşirqızı onun görüşünə gələnlərə unudulmaz, xoş anlar bəxş edib.

Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rəssamı Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ağaxan Şərifov ifa ediblər. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR