Ceyhun Hacıbəylinin həyatı teatr səhnəsində - İlk dəfə

Azərbaycan Dövlət Musiqili Teatrının növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq.

Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.

Nigar Nigar "Olaylar" Azərbaycan Dövlət Musiqili Teatrının növbəti premyerası 10 mart - Milli Teatr Günündə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə təqdim olunacaq.

Olaylar.az bildirir ki, ideya müəllifi Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun" pyesi əsasında hazırlanıb.

Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin obrazının canlandırılacağı tamaşa onun məşəqqətli mühacirət həyatından, Cümhuriyyətimizin keçdiyi çətin lakin, şərəfli mübarizə yolundan bəhs edir.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunmuşdur. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibçisi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR