Elmi konfrans keçiriləcək

Martın 6 -da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrası  "Teatr tarixində aktyor sənətinin inkişaf tendensiyaları" mövzusunda Milli teatr gününə həsr olunmuş tələbə elmi konfransı keçirəcək.

Olaylar.az bildirir ki, konfransın açılışı ADMİU-nun əsas binasında "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi"nin konfrans zalında olacaq.

Konfransı giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva, ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə və Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə açacaq.

Konfransda ADMİU-nun Teatr sənəti fakültəsinin Teatrşünaslıq ixtisasının III kurs tələbələri çıxış edəcək.

ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi konfrans çox mühüm elmi-nəzəri bir mövzunu gündəmə gətirmək, teatr sənətində aktyor sənətinin inkişaf tendensiyalarını təhlil etməklə yanaşı, tələbələrdə araşdırma vərdişlərini formalaşdırmaq, onların tədqiqatçılıq səriştələrini artırmaq məqsədini qarşıya qoyub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR