“Boy çiçəyi” tamaşası yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Boy çiçəyi" tamaşası təqdim olunub.

Xalq Yazıçısı İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən və ya Boy çiçəyi" pyesi əsasında hazırlanan tamaşanın rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətovdur.

Tamaşada əsas rolları Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Məsmə Aslanqızı, Hicran Nəsirova, Almaz Amanova, Əjdər Həmidov, Sabir Məmmədov, aktyorlar Rada Nəsibova, Elnar Qarayev və Fəridə Əliyeva ifa ediblər.

Qeyd edək ki, səhnə əsərinin premyerası 2011-ci il noyabrın 2-də olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR