Həftəsonu Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı bu dəfə da maraqlı tamaşalar vəd edir. Belə ki, məktəblilər teatrın səhnəsində mart ayının ilk həftəsində ayın 3-ü saat 12:00 və 14:00-da P.Nurəliyevanın "Dəcəl keçi", ayın 4-ü eyni saatlarda isə S.S.Axundov və A.Şaiqin "Qaraca qız" tamaşalarını izləyə biləcəklər. Axşam tamaşaları isə bu həftə klassik əsərlər vəd edir. Teatr mart ayının 3-ü saat 19:00-da C.Cabbarlının "Aydın", martın 4-ü saat 19:00-da isə H.Cavidin "Şeyx Sənan" tamaşalarını nümayiş etdirəcək.

Tamaşalarda teatrın tanınmış aktyorları Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Leyli Vəliyeva, Rahib Əliyev, Gülər Nəbiyeva, aktyorlar Elşən Hacıbabayev, Manaf Dadaşov, Asya Atakişiyeva, Səbinə Məmmədova, Anar Seyfullayev, Rövşən Abbasov və teatrın sevilən aktyorları rol alıblar.

Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR